“Rebuild Karabakh” sərgisində “Karabakh Center” layihəsi təqdim olunub – FOTO

Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (“Rebuild Karabakh 2021”) sərgisi bu gün yekunlaşır.

APA-nın xəbərinə görə, bu barədə Qarabağ Dirçəliş Fondunun mətbuat xidməti Pərvin Məmmədova məlumat verib.

Onun sözlərinə görə, Qarabağ Dirçəliş Fondu olaraq sərgidə ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın olduğu “Karabakh Center” layihəsini təqdim edib.

“Ali Baş Komandanın rəhbərliyi və rəşadətli ordumuz sayəsində torpaqlarımız işğaldan azad edildikdən sonra erməni təcavüzü nəticəsində ərazilərimizə dəyən zərərin miqyası ilə tanış olduq. Zərərin miqyası çox böyükdür, Qarabağın yenidən və daha tez dirçəlişi üçün hər kəsin bu mühüm missiya uğrunda birləşməsi vacibdir.

Bunun üçün ilk növbədə istər ekologiyamıza, istər mədəni irsimizə, yaşayış məskənlərinə, bir sözlə bütün resurslarımıza dəyən zərər haqqında hər kəsi məlumatlandırmaq lazımdır. Qarabağ Dirçəliş Fondu həm bu sərgi çərçivəsində, həm də bu günə qədər bir çox məkanlarda “Karabakh.Center” layihəsi əsasında zərərə həsr olunan “Qarabağda Urbisid” fotosərgisini nümayiş etdirir. Hazırda Bakının böyük alış-veriş mərkəzlərində eyniadlı sərgi nümayiş olunur”.

P. Məmədova bildirib ki, “Rebuild Karabakh” sərgisində vətəndaşlarımızla yanaşı, xarici ölkələrin nümayəndələri tərəfindən layihəyə böyük maraq olub: “Bir çox iştirakçı və ziyarətçi Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaqla məqsədilə #KarabakhChallenge kampaniyasına qoşularaq yerindəcə Fonda ianə edib. Fondun veb səhifəsi vasitəsilə ianə edən şəxslər ianə sertifikatı əldə edib”.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s