Qarabağın minalardan təmizlənməsi Böyük Britaniyanın diqqət mərkəzindədir

Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Deyvid Evans Britaniya hökumətinə ölkəsinin Azərbaycanın minalardan təmizləmə üzrə səylərinə bugünədək necə dəstək verdiyi, eləcə də bundan sonra hansı əlavə dəstəyi göstərəcəyi ilə bağlı yazılı sual ünvanlayıb.

Bu barədə APA-ya Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən məlumat verilib.

Britaniya xarici işlər və inkişaf nazirinin müavini Lord Qoldsmit parlamentarinin sualını cavablandırıb.

“Britaniyanın Azərbaycana minalar məsələsi ilə bağlı nə cür dəstək göstərə biləcəyinin müəyyən edilməsi üçün 2021-ci ilin iyun ayında Britaniyanın Müdafiə Nazirliyi Azərbaycana partlayıcı silahlarla mübarizə üzrə mütəxəssis göndərib. Sentyabr ayında isə Britaniya XİN-in Avropa qonşuluğu və Amerika regionu üzrə dövlət naziri xanım Vendi Morton regionda mövcud mina probleminin aradan qaldırılması istiqamətində zəruri addımların atıla bilməsi üçün ölkəsinin BMT-nin İnkişaf Proqramına 500 000 funt sterlinq maliyyə yardımı ayırdığını elan edib. Bəhs olunan maliyyə vəsaiti Azərbaycanda minalardan təmizləmə işlərinə dəstək vermək məqsədi ilə bu sahə üzrə təlimlərin keçirilməsi və mütəxəssislərin cəlb edilməsinə xərclənəcək”.

Britaniyalı parlamentarinin sualı, eləcə də XİN rəsmisinin cavabı Britaniya parlamentinin rəsmi internet səhifəsinə yerləşdirilib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s