Soçidə imzalanmış sənəddə Azərbaycanın mövqeyinə xələl gətirəcək hər hansı bir hüquqi müddəa yoxdur

Ramil İskəndərli,

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Bəyanat imzaladılar. Bu artıq 44 günlük müharibənin nətcilərinə əsasən imzalanmış sayca üçüncü hüquqi-siyasi sənəddir. Bundan öncə bildiyimiz kimi, Ermənistanın kapitulyasiyasını özündə əks etdirən 9 noyabr üçtərəfli Bəyanatı və 11 yanvar 2021-ci ildə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı bəyanat imzalanmışdır.

Hər üç bəyanat tərəflər üzərində razılaşmalarda nəzərədə tutulan müddəaların həyata keçirilməsi istiqamətində konkret hüquq və vəzifələr qoyur və onun əməl edilməsini şərtləndirir.

Soçidə imzalanmış sənədin əvvəlki sənədlərdən əsas fəqrli cəhəti odur ki, sənəddə artıq deklarativ xarakterli müddəalar yox, məhz Azərbaycanın ortaya qoyduğu və tələb etdiyi mövqeni özündə əks etdirən konkret fəaliyyətlərin yaxın gələcəkdə həyata keçməsi və bu sahədə konkret addımların atılması ilə bağlı müddəalar yer alır.

Daha bir vacib məqam siyası xarakterli bəzi məsələlərin (misal üçün “Dağlıq Qarabağ” ifadəsinin ərazi vahidi olaraq göstərilməməsi, ATƏT-in Minsk Qrupunun proseslərdə hər hansı bir rolunun qeyd edilməməsi, Azərbaycan üzərində saxlanılmış Ermənistan vətəndaşlarının təhvil verilməsi barədə hər hansı hüquqi öhdəliyin və ya vəzifənin qeyd olunmaması və s.) sənəddə öz əksinin tapmaması ilə Azərbaycanın maraqlarının təmin olunmasıdır.

Fikrimi həmçinin onunla əsaslandıra bilərəm ki, Soçidə imzalanmış bəyanat hüquqi nöqteyi nəzərdən yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılmasının qaçılmaz bir proses olacağını şərtləndirir. Belə ki, imzalanmış sənəddə müddəaların biri məhz regionda bütün  iqtisadi və nəqliyyat əlaqələrinin açılması və regionun iqtisadi əməkdaşlıq potensialının artırılması ilə bağlıdır.

Soçi görüşündən belə nəticəyə gəlmək olar ki, Ermənistanın onun üzərinə qoyulan öhdəliklərdən qaça bilməsi mümkün deyil. Soçidə imzalanan bəyanat Ermənistan tərəfini bir daha kapitulyasiya aktının şərtlərinə əməl etməyə vadar edir və bu ölkədə revanşist meyllərin baş qaldırma ehtimalının heç bir perspektivi olmadığını, yalnız Ermənistana fəlakət gətirəcəyini təsdiqləyir. 

Sırf hüquqi aspektdən yanaşsaq, bu sənəddə Azərbaycanın mövqeyinə xələl gətirəcək hər hansı bir hüquqi müddəaya rast gəlinmir. Hesab edirəm ki, Prezident İlham Əliyev bu cür hüquqi formatda sənədin ərsəyə gəlməsində böyük əmək sərf etmiş və sonda növbəti diplomatik uğur əldə etmişdir. Bu baxımdan Soçi görüşü Azərbaycan Prezidentinin nüfuz və intellektual üstünlüyü ilə başa çatan növbəti diplomatik uğurdur. 

İki Sahil

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s