Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya aparıldı

44 günlük Vətən müharibəzi zamanı Şəkinin Baş Küngüt kəndinin yaşlı sakini Hikmət Musayevin öz təqaüdündən 180 manat pulu Silahlı Qüvvələrə Yardım  Fonduna ianə etməsi ilə hər kəsi riqqətə gətirmişdi.

Modern.az-ın məlumatına görə, bu günlərdə 70 yaşlı Hikmət Musayevin Şuşaya səfəri təşkil olunub.

Bu barədə Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov bildirib.

“Nurlu Hikmət babanın ən böyük arzusu çin oldu. O, 70 yaşını Şuşada qeyd etdi”,-deyə Z.Həsənov sosial şəbəkədə onunla şəklini paylaşıb.
 

Xatırladaq ki, H.Musayev ayda 230 manat pensiya alır. Müharibə zamanı Hikmət baba ayaqqabısının yırtıq olmasına rəğmən orduya ianə etməklə hamını təsirləndirmişdi. O zaman Hikmət baba təəccüblənənlərə “indi ayaqqabı almağın vaxtı deyil. Əsgərlərimizi düşünmək lazımdır. Canınız sağ olsun, belə şeylərə fikir verməyin”,-deyə bildirmişdi.

Demokrat.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s