Media haqqında qanun layihəsinin müzakirəsi ictimai iştirakçılığın təmini üçün vacibdir – Ramil Iskəndərli

10 dekabr 2021-ci tarixdə Azərbaycan Respublikası Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilmişdir. Bu müzakirə 10 dekabr İnsan Hüquqları gününə təsadüf etməsi də xüsusi diqqətçəkən məqamlardan biridir. Vətəndaşların insan hüquq və azadlıqlarının təminatı nöqteyi nəzərindən, informasiya əldə etmək hüququnun təmin olunmasının son dərəcə əhəmiyyəti vardır. Ümumiyyətlə həm beynəlxalq praktikada, həmçinin Azərbaycan qanunvericiliyi və praktikasında kütləvi informasiya vasitələri bir vətəndaş cəmiyyəti strukturu olaraq, QHT-lər, həmkarlar ittifaqları, professional birliklər və icma əsaslı təşkilatlarla birgə ictimai iştirakçılığın subyektlərindən biridir. Bu baxımdan Media haqqında qanun layihəsinin müzakirəsi ilk növbədə vətəndaş cəmiyyəti sektoru üçün önəm daşıyır.

 “İctimai iştirakçılıq” haqqında qanuna əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, icra orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyət institutlarının qanunla müəyyən edilmiş formalarda iştirakı nəzərdə tutulur.

Media məkanında islahatların dərinləşdirilməsinin əsas elementləri kimi “Media haqqında qanun” layihəsinin müzakirəyə çıxarılması ilə bərabər, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması və həmin Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılmasını qeyd etmək lazımdır.

  “Media haqqında” qanun layihəsi ümumilikdə ölkəmizdə mövcud media sektorunun fəaliyyətinin əlaqələndirilməsi istiqamətində fəaliyyətinin hüquqi çərçivəsinin əhəmiyyətli dərəcədə müəyyən edilməsinə yönəlmişdir. Misal üçün Media Reyestrinin yaradılması, vahid media jurnalist vəsiqəsinin təqdim olunması son nəticədə bu sahədə pərakəndəlik və sui-istifadə hallarının minimuma endirilməsinə yönələ bilər. Lakin eyni zamanda bu heç də jurnalist vəsiqəsi olmadan, şəxsin jurnalist kimi fəaliyyət göstərə bilməməsi demək deyil. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər. Qanun layihəsi sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini heç bir halda məhdudlaşdırmır. Bununla da, sosial mediada bəzi şəxslərin bu qanun layihəsinin məhz çap mediyasının, sosial şəbəkə hesablarının və ya bloqqerlərin fəaliyyətinin “nəzarət altına alınacağı” və ya “məhdudlaşdırılacağı” riskləri ilə bağlı fikirlərinin səslənməsində heç bir hüquqi əsasının olmadığını göstərir.

Son olaraq onu qeyd etmək istəyirəm ki, bu prosesə dar çərçivədə yox, daha geniş spektrdə yanaşmaq lazımdır. Media haqqında qanun layihəsinin müzakirəsi prosesi təkcə medianın inkişafı baxımından yox, eyni zamanda yaxşı idarəetmədə ictimai iştirakçılıq, milli və yerli səviyyədə qərarların birtərəfli qaydada yuxarıdan verilməsi qaydasında yox, məhz ictimai liderlərin, millət vəkillərinin, media rəhbərlərinin, mütəxəssislərin, eləcə də digər maraqlı tərəflərin yaxından iştirakını təmin etməklə, rəyləri öyrənilməklə, bu sahədə düzgün idarəetməyə xələl gətirə biləcək amillərin analizinə əsaslanan diaqnoz və həll yollarının tapılmasını nəzərdə tutur və gələcəkdə mümkün problemlərin önlənməsi istiqamətində yeni yollar açmağa imkan verir.

Müəllif:

Ramil İskəndərli

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s