MRAP tipli zirehli maşınların Azərbaycanda istehsalı zəruridir -Ramil Məmmədli

2010-cu ildən Müdafiə Sənayesi Nazirliyinin (MSN) zavodlarında MRAP-ların istehsalına başlayan Azərbaycan postsovet dövlətləri sırasında ilk MRAP istehsalçısı olmuşdur. Hazırda yerli müəssisədə CAR-ın “Paramount Group” şirkəti tərəfindən istehsal edilmiş 2 növ – “Matador” və “Marauder” MRAP-ları Azərbaycan Ordusunun əsas minaya qarşı qorumalı nəqliyyat vasitəsidir. Bundan başqa, açıq mənbələrdə yer alan məlumata görə, sülhməramlı qüvvələrin istifadəsində ABŞ tərəfindən verilmiş 4 ədəd “Couqar” tipli MRAP mövcuddur.
Ordu bölmələri tərəfindən hər iki maşın praktiki olaraq 2016-cı ilin aprel döyüşləri zamanı cəbhə xəttində, eləcə də 2017-ci ildə Müdafiə Nazirliyinin Xızı rayonundakı sursat anbarında baş verən partlayış zamanı ərazinin kəşfiyyatı, insanların təxliyyəsində geniş istifadə olunub. Hər iki nəqliyyat vasitəsinin performansı Azərbaycan hərbçiləri tərəfindən yüksək qiymətləndirirlir. Döyüş əməliyyatlarının gedişatında həm “Matador”, həm də “Marauder”lərin yanlarda müxtəlif kalibirli artilleriya mərmilərinin partlayışlarına qarşı dözümlü olduğu təsdiq edilib. MSN “Cihaz” İstehsalat Birliyi 2016-cı ildə Bakıda keçirilmiş ADEX-2016 sərgisində Birləşmiş Ərəb Əmirliklərinin “Mobile Land Systems” şirkəti ilə birgə istehsalı təşkil edilən “İldırım” MRAP-ın eksperimental nümunəsini nümayiş etdirib. Yaradılma mərhələsində olan “İldırım” altı silindirli, 265 at gücündə “Cummins İSBe 270 BS-3” mühərriki, mexaniki transmissiya və havalandırma sistemi ilə təchiz olunub. Maşının uzunluğu 7350 mm, yerdən hündürlüyü 400 mm, boş ağırlığı 13 ton, döyüş ağırlığı 15,5 ton, sürəti 90 km/saat, gediş ehtiyyatı 600 km-dir. Zirehli maşın 60 faiz bucaq altında maili yüksəkliyə qalxmağı bacarır.

“İldırım” yanlarda iki ədəd və arxada mexaniki açılıb bağlanan qapılara, damda isi ikilyuka sahibdir. Zirehli maşının güllələrə qarşı qorumasına STANAG 4569 Level 2, mina və əldəqayırma partlayıcı maddələrə qarşı qorumasına isə STANAG 4569 Level 2A/2B cavab verir. Sürücü və komandirdən ibarət heyətə malik “İldırım” salonda tam təchizatlı 10 əsgəri daşımağa imkan verir. Maşın hərəkətdə olarkən yan pəncərələrdəki mazğallardan kiçik çaplı atıcı silahlarla atəş açmaq mümkündür. “İldırım” sifarişçisinin ehtiyacına uyğun olaraq açıq silah qülləsi, yaxud distans döyüş modulu ilə də silahlandrıla bilir.

Maşın üçün MSN tərəfindən 14,5 mm-lik pulemyotla dəstləşdirilmiş “Şimşək” adlı döyüş modulu hazırlanıb. MSN mühəndisləri tərəfindən dizayn olunmuş, 2017-ci ilin fevral ayında eksperimental nümunəsi nümayiş etdirilən 4×4 təkər formuluna malik “Tufan” MRAP-ın çəkisi 12,300 kq, faydalı yükü 3000 kq, heyəti iki nəfərdir. Maşın 8 desant daşıyır. Maşının uzunluğu 7360 mm, eni 2440 mm, hündürlüyü 2820 mm-dir. 230 at gücündə 8 silindirli, dördtaktlı maye ilə soyuducunun KamAz EVRO 2 dizel mühərriki və mexaniki transmissiya ilə təchiz edilmiş “Tufan”ın sürəti 85 km/saat. Gediş ehtiyatı 900 km təşkil edir. Sifarişdən asılı olaraq maşın istənilən digər növ mühərrik və transmissiya ilə təchiz oluna bilər.

Nəqliyyat vasitəsi NATO-nun STANAG 4569 standartının üçüncü səviyyəsinin 3-cü səviyyəsinin tələblərinə cavab verir. Zirehi üfiqi müstəvidə 360 dərəcə bucaq altında 30 metr məsafədən atılan 7,62×51 mm APM993 tipli zirehdələn güllədən, 60 metr məsafədə partlayan 155 mm-lik qəlpə fuqas mərminin qəlpələrindən və partlayış dalğasından, təkər altında partlayan tank leyhinə minadan (8 kq TNT ekvivalenti) qorumanı təmin edir.
Vətən Müharibəsində də Matador” və “Marauder” MRAP-larının effektli istifadə olunmasına dair video və foto görüntülər mövcuddur. Hərbçilərin dediklərinə görə, bu maşınların müəyyən çatışmamazlıqları olsa da, ümumilikdə döyüş şəraitində şəxsi heyətin daşınması, minalanmış ərazilərdən keçidin təmin olunmasında adıçəkiklən MRAP-lar effektiv nəticə göstəriblər. Lakin bəlli olmayan səbəblərdən bu maşınların Azərbaycan MSN-də istehsalı prosesi dayandırılıb. Bu günə kimi Paramount Group şirkəti ilə Azərbaycan MSN arasında yaranmış vəziyyətə aydınlıq gətirilməyib.

Nəticə olaraq belə qənaətə gəlmək olar ki, post-müharibə dövründə işğaldan azad olunmuş ərazilərdə minalarla bağlı yaranmış vəziyyət Azərbaycan üçün belə tipli zirehli maşınların ölkədə istehsalını zəruri hesab edir. Yəni təbii şərait MRAP tipli zirehli maşınların Azərbaycanda istehsalını tələb edir. Əlbəttə ki, burada söhbət yalnız Marauder və ya Matador markalı maşınların alınmasından və ya ölkədə istehsalından getmir. Ümumiyyətlə isə mövcud vəziyyət diqtə edir ki, Azərbaycan müdafiə sənayesi kompleksi bu təyinatlı zirehli maşınların istehsalını ölkədə reallaşdırsın. MSN-dəki potensialı nəzərə alsaq, MRAP tipli maşınların Azərbaycanda yaradılması və istehsalının mümkünlüyü qənaətinə gəlmək olar. Hesab edirəm ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bu məsələnin ciddiliyini nəzərə alaraq, MRAP tipli zirehli maşınların milli layihələndirilməsinin icrasını həyata keçirə bilər. Hələ ki, bu sahədə ətalət höküm sürür.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri,

hərbi şərhçi

Ramil Məmmədli

Mənbə: ALP.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s