Azərbaycan QHT-ləri Xudafərinə səfər ediblər

Bu gün Azərbaycanda fəaliyyət göstərən 150-dən artıq qeyri-hökumət təşkilatının nümayəndəsi Cəbrayıl rayonuna səfər zamanı işğaldan azad edilmiş Xudafərin körpüsünə səfər ediblər. Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutmuşdur. Səfər iştirakçıları əvvəlcə Xudafərin körpüsündə olublar. Səfər çərçivəsində qeyri-hökumət təşkilatlarını müşayiət edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan 44 günlük vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun böyük qəhrəmanlıqları nəticəsində Xudafərini işğaldan azad etməsi, eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayət izləri haqqında qonaqlara məlumat veriblər.Daha sonra səfər iştirakçıları Cəbrayıl şəhərinə doğru hərəkət ediblər. Onlar şəhərdəki “Dostluq” bulağı ilə tanış olublar.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s