Azərbaycan Silahlı Qüvvələrində komando briqadaları – VİDEO

Azərbaycan Silahlı Qüvvələrində komando briqadalarının yaradılmasına başlanılıb. Bu barədə prezident İlham Əliyev bəyan edib.

“Hadrutdakı hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir”, – Əliyev cümə günü Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni hərbi hissənin açılışında çıxışında bildirib.

Prezident vurğulayıb ki, komando briqadalarının istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. “Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bax bu briqadalarda xidmət edəcək. Bu, bizim ordu gücümüzü böyük dərəcədə artıracaq”, – Əliyev deyib.

Prezident əlavə edib ki, “belə briqadalar çox olacaq”. **

B.Rüstəmbəyov – İnterfax Azerbaijan

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s