Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində sıra sənədlər imzalanıb

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında Kiyevdə keçirilən danışıqların yekunu üzrə strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair Birgə Bəyannamə və bir sıra digər ikitərəfli sənədlər imzalanıb.

Belə ki, dövlət başçıları bugünkü görüş nəticəsində əldə olunmuş əsas razılaşmaları özündə əks etdirən Ukrayna Prezidenti ilə Azərbaycan Prezidentinin Birgə Bəyannaməsini imzaladılar. Sənəd tərəflərin strateji tərəfdaşlığı, xüsusən də qarşılıqlı maraq doğuran sahələrdə konkret layihələrin həyata keçirilməsi yolu ilə dərinləşdirməyə hazır olduğunu təsdiqləyir.

“Biz, digər məsələlərlə yanaşı, Qara dəniz-Xəzər regionunda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin edilməsinə dair Ukrayna və Azərbaycan prezidentlərinin Birgə Bəyannaməsini imzaladıq. Bu Bəyannamə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstək verməyə hazırlığı, hibrid təhdidlərə qarşı birgə mübarizəni, sülh və sabitliyi təmin etmək istəyini təsbit edir.” – deyə Vladimir Zelenski Ukrayna-Azərbaycan danışıqlarının yekunları üzrə media ilə görüşü zamanı bildirib.

Ukrayna Prezidentinin sözlərinə görə, sənəddə əksini tapan mövqelər regional və qlobal ölçülərin bir çox məsələ və çağırışlarına Ukrayna və Azərbaycanın baxışlarının birliyinə və yaxınlığına dəlalət edir.

Beləliklə, Birgə Bəyannamədə iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyin təmin edilməsinə dair sazişlər təsbit edilir; siyasi və təhlükəsizlik, ticarət-iqtisadi, yanacaq-energetika, hərbi-texniki, infrastruktur, nəqliyyat, aviasiya, aqrar-sənaye, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əsaslı əməkdaşlığın intensivləşdirilməsi arzusu, hibrid təhdidlərə qarşı mübarizədə əməkdaşlığın intensivləşdirilməsinə hazırlıq da nəzərdə tutulub. Birgə Bəyannamə həmçinin cari layihələri tamamlamaq və yeni birgə layihələr hazırlamaqla müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da gücləndirilməsini nəzərdə tutur, beynəlxalq və regional təşkilatlar və forumlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, GUAM, QDİƏT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi niyyətini birbaşa qeyd edir.

Bundan əlavə, Baş nazirin müavini – Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk və Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıblar.

İrina Vereşçuk və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukrayna və Azərbaycanın İqtisadiyyat nazirlikləri arasında ikitərəfli ticarətdə fövqəladə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşşenko və Mikayıl Cabbarov Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

Ukraynanın “Naftoqaz” şirkətinin İdarə Heyətinin sədri Yuri Vitrenko və Azərbaycanın iqtisadiyyat naziri, eyni zamanda SOCAR-ın Müşahidə Şurasının sədri olan Mikayıl Cabbarov Ukraynanın Energetika Nazirliyi, Ukraynanın “Naftoqaz” şirkəti və nazirliklər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidməti ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında torpaq münasibətləri, dövlət əmlakının idarə olunması və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb.

Mənbə: Ukrayna Prezidentinin rəsmi saytı – https://www.president.gov.ua.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s