24 yanvardan Şuşa və Ağdama marşrut açılır – VİDEO

Marşrut xətləri üzrə bilet satışı onlayn qaydada həyata keçiriləcək

RealTV: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən əldə olunan məlumata görə nəzərdə tutulan marşrut xəttləri bunlardır:

Bakı – Şuşa – Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bakı – Ağdam – Bakı, Bərdə – Ağdam – Bərdə.

Başlanğıc məntəqəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksindən götürülən Bakı – Şuşa – Bakı marşrutunun təyinat məntəqəsi Şuşa köhnə avtovağzalı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli maşrutunun başlanğic məntəqəsi Füzuli rayonunun Əhmədbəyli kəndi təyinat məntəqəsi Şuşa köhnə avtovağzalı, Bakı – Ağdam – Bakı marşrutunun başlanğıc məntəqəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksi təyinat məntəqəsi Ağdam şəhəri və nəhayət başlanğıcı Bərdə avtovağzalından başlanan Bərdə – Ağdam – Bərdə marşrutunun təyinat məntəqəsi Ağdam şəhəri olacaq.

Hazırda daşiyicilarin müəyyən olunması üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair aidiyyəti qurumlar tərəfindən hazırlıq işləri də aparılıb.

Qeyd edək ki, azad olunan torpaqlara ilk marşrut xətti hələ 2020-ci ilin yanvar ayında Cocuq Mərcanlıya açılıb.

Mənbə: Real TV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s