Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpik olacaq

Bakı, 18 yanvar, AZƏRTAC

Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpik olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

O bildirib ki, Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları Yanvarın 24-dən istifadəyə veriləcək.

Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər. Portala Asan login, Asan imza vasitəsilə daxil ola bilərlər. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.

Hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub.

Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpik olacaq. Bakıdan Ağdama bir istiqamət üzrə bilet isə 9 manat 40 qəpik olacaq. Əhmədbəyli-Şuşa 7, Bərdə-Ağdam 5, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa istiqaməti üzrə bilet 6 manatdır. Tariflər bir istiqamət üzrə müəyyənləşib. Səhər 6.30-da avtobuslar Bakıdan çıxacaq. Həmin məntəqədən geri dönüş 2 saat yarım sonra olacaq. Vətəndaşlara ildə yalnız bir dəfə səfər etmək limiti veriləcək.

Avtobus sürücülərinə əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürası yerləşdiriləcək. Avtobuslar ilkin tibbi yardım çantaları ilə təchiz edilib.

Müəyyən imtiyazlı şəxslər Qarabağa avtobusa pulsuz bilet ala biləcəklər. Bu kateqoriyaya Vətən Müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailələri üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslərə də işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.

Azərtac

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s