“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi yeni layihəyə start verdi

Cari ilin fevral ayından etibarən “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi “Ermənistanın hərbi cinayətləri beynəlxalq fokusda” layihəsini icra etməyə başlamışdır.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin əsas məqsədi Azərbaycan əleyhinə Ermənistan tərəfindən həm “44 günlük” müharibə, həm də müharibədən sonrakı dövrdə törədilən və törədilməkdə davam edilən insan hüquqları və humanitar hüquq pozuntuları barədə beynəlxalq aləmi məlumatlandırmaqdır. Layihə müddətində “Humanitar hüquq və insan hüquqları tapdaq altında” adlı ingiliscə hesabat hazırlanacaq və insan hüquqları, humanitar hüquq sahəsində çalışan beynəlxalq qurum və təşkilatlara göndəriləcək, eləcə də, nifrət zəminində cinayətlərlə BMT-nin müvafiq saziş qurumuna alternativ hesabat hazırlanacaq, təşkilatın vebsaytında və sosial şəbəkə hesablarında bu barədə məlumatlar, müraciət və bəyanatlar yayılacaqdır.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi indiyədək Ermənistanın mülki əhalimizə qarşı törətdiyi müharibə cinayətləri və bir sıra digər cinayət əməlləri barədə həqiqətlərin beynəxlaq qurumlara çatdırılması sahəsində təcrübəsi vardır. Belə ki, indiyədək “Mülki əhali atəş altında” hesabatı, “Erməni cinayətkarların məhkəmə prosesinin müşahidəsi” hesabatları və digər sənədlər, təhlillər, açıqlamalar, bəyanatlar və s. materiallar hazırlanmış və beynəlxalq qurumlar, xarici QHT-lər arasında yayılmışdır.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s