“Post münaqişə dövrünün yeni reallıqları -Sülh və əməkdaşlıq platforması” adlı yeni layihənin icrasına start verildi

01.02.2022-ci il tarixindən etibarən Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Post münaqişə dövrünün yeni reallıqları -Sülh və əməkdaşlıq platforması” adlı yeni layihənin icrasına start verir. Azərbaycanın 44 günlük müharibədə şanlı qələbəsindən sonra regionda yeni reallıq yaranmışdır. Azərbaycanın güc sahibi olması bölgədə qüvvələr balansını ölkəmizin xeyrinə dəyişmişdir. Ermənistanın məğlubiyyəti ilə başa çatan proses bölgəyə yeni perspektivlər vəd edir. Azərbaycanın Ermənistan tərəfindən üzləşdiyi işğalçılıq və vandalizm aktlarına baxmayaraq regionda kommunikasiyaların açılması və sülhün qurulmasında maraqlıdır. Azərbaycanın apardığı siyasət tezliklə Qarabağda təhlükəsizlik zonasının yaradılması, infrastrukturun bərpası, humanitar aksiyanın həyata keçirilməsi, kommunikasiyaların açılması və sülhün bərqərar olmasına xidmət edir. Sözsüz ki, bununla bağlı mesajları dünya ictimaiyyətinə düzgün çatdırmaq lazımdır. Bu istiqamətdə regionun beyin mərkəzləri və analitik mərkəzlərlə işin daha yaxın qurulması üçün beynəlxalq forumun keçirilməsi nəzərdə tutulur. Beynəlxalq foruma qatılan nümayəndələr Azərbaycana səfər edərək reallıqlarla daha yaxından və yerində tanış olacaqlar və bunun nəticəsində xarici media və sosial şəbəkələrdə Azərbaycanın regionda apardığı işlərlə bağlı analitik yazı və məqalələrlə çıxış edəcəklər. Beynəlxalq forumda bu istiqamətdə praktik müzakirələrin və təqdimatların keçirilməsi nəzərdə tutulur. Beynəlxalq forum 3 gün davam edəcək və fəaliyyətlər müxtəlif mərhələlərdən ibarət olacaq.  Beynəlxalq forumda Gürcüstan, Türkiyə, Rusiya, İran və Ukraynadan beynəlxalq səviyyəli analitik ekspertlərin iştirakı nəzərdə tutulur. Eyni zamanda Azərbaycandan da yerli səviyyədə araşdırmaçı ekspertlərin və beyin mərkəzləri nümayəndələrinin qatılması gözlənilir. Onlar Forum zamanı Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar, sülh perspektivləri, yeni çağırışlar və əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaq və öz ölkələrinə geri döndükdən sonra bu haqda analitik məqalə və yazılarla çıxış edəcəklər. Eyni zamanda iştirakçıların işğaldan azad edilmiş və erməni vandalları tərəfindən dağıdılmış Ağdam şəhərinə səfərləri həyata keçiriləcək.

Layihənin əsas məqsədi regionda Azərbaycan dövləti tərəfindən yaranan yeni reallıqların vətəndaş cəmiyyəti səviyyəsində dəstəklənməsinə nail olmaq, eləcə də region ölkələri vətəndaş cəmiyyəti təşkilatları və beyin mərkəzlərinin bu prosesə fəal qatılmasını dəstəkləməkdir. Eyni zamanda Azərbaycanın post-münaqişə dövrünün yaratdığı yeni reallıqları beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətinə çatdırmaqdır. Əsas məqsəd region ölkələri beyin mərkəzləri və ekspertlərin iştirakı ilə Azərbaycan dövlətinin regional əməkdaşlıq və sülhə nail olmaq üçün mesajlarını beynəlxalq təsisatlara düzgün çatdırmaq, eyni zamanda bu sahədə fəaliyyət göstərən regionun vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq yaratmaqdır.  Forumun sonunda qeyd olunan ölkələrin vətəndaş cəmiyyəti təşkilatları və beyin mərkəzlərinin iştirakı ilə “Sülh və əməkdaşlıq” platformasının yaradılması nəzərdə tutulur. Bu platforma ölkələr arasında gələcək əməkdaşlığı və işbirliyini nəzərdə tutur.

Azərbaycan-Amerika Gəncləri İB-nin mətbuat bölməsi.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s