Şuşa şəhərinin tarixinə və arxeologiyasına həsr olunan konfrans keçiriləcək

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 18-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda “Şuşa-270: Arxeologiyası, tarixi, etnoqrafiya və antropologiyası” mövzusunda respublika elmi konfransı keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq planlaşdırılan tədbir Tarix İnstitutu və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq.

Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa, onun tarixi, arxeologiyası, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s