Şuşada BMT bayrağı dalğalandı

Azərbaycan BMT-yə qoşulduqdan təxminən iki ay sonra Şuşa Ermənistan silahlı birləşmələri tərəfindən işğal olundu. Azərbaycanlılar öz şəhərindən, yurdlarından didərgin salındı. Ancaq 44 günlük Vətən müharibəsindən sonra Şuşa azad edildi. Bu gün Şuşa öz simasını günbəgün dəyişən və Azərbaycanın sürətlə inkişaf edən, yenidən qurulan bir şəhəridir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Prezidentin köməkçisi deyib ki, Azərbaycan-BMT əməkdaşlığı 1990-cı illərdən bəri dəyişib. Həmin illərdə Azərbaycan humanitar yardım alan bir ölkə idi. Lakin 30 ildən sonra bugünkü Azərbaycan beynəlxalq ictimaiyyətin və BMT ailəsinin tamhüquqlu üzvüdür.

Azərbaycan ilə BMT arasında əməkdaşlığın tarixinə toxunan Hikmət Hacıyev bildirib ki, Azərbaycan 2012-2013-cü illərdə dünyanın 150-dən çox ölkəsinin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Həmin illərdə Azərbaycan BMT-nin prinsip və normalarının reallaşdırılmamasından, Ermənistanın davamlı işğalından əziyyət çəkirdi. Bu gün isə Azərbaycan BMT tərəfindən müəyyənləşdirilən hədəf və missiyaların yerinə yetirilməsinə, xüsusilə də sülh və təhlükəsizliyə töhfə verir”, – deyə Hikmət Hacıyev qeyd edib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s