“Şuşa Qarabağın incisidir” adlı sərgi açılıb

Bakı, 21 mart, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ekspoziya zalında Elm Günü ilə əlaqədar “Açıq qapı” günü keçirilib. Bu münasibətlə “Şuşa İli” çərçivəsində hazırlanmış “Şuşa Qarabağın incisidir” adlı sərginin açılışı olub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, sərgidə Əlyazmalar İnstitutunun Əlyazma və şəxsi arxivlər fondunda mühafizə olunan Şuşa şəhərinə aid sənədlər, Şuşa ədəbi mühitinin yetirmələrinin əsərlərinin əlyazma nüsxələri, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Mirzə Rəhim Fəna, Firidun bəy Köçərli, Məmo bəy Məmai, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Nəcəf bəy Vəzirov və başqalarının qələminə məxsus unikal nümunələr nümayiş etdirilib və ilk dəfə geniş ictimaiyyətə təqdim olunub.

Mərasimin sonunda institutun bir qrup əməkdaşına səmərəli elmi və təşkilati fəaliyyətinə görə fəxri fərman təqdim olunub.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s