Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonrakı bəyanatı

Avropa İttifaqı Şurasının Prezidenti Çarlz Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşdən sonra açıqladığı bəyanatla bağlı “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli öz fikirləri ilə “ShushaNews”-la bölüşmüşdür.

– “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonrakı bəyanatı ilə tanış oldum. Aşağıdakı məqamlar diqqətimi cəlb etdi:

– Bəyanatda nəinki “Daqlıq Qarabaq” “statusu” barədə, ümumiyyətlə anlayış olaraq coğrafi ərazi kimi adı çəkilmir. Əvəzində ümumiyyətlə coğrafiya olaraq Cənubi Qafqaz ərazisi olaraq göstərilir. Bəyanatda göstərilir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başladılması razılaşdırılıb.

– Bəyanatda “ATƏT-in Minsk Qrupu” barədə heçnə deyilmir.

– Bəyanatda QHT-lər və ümumilikdə Vətəndaş Cəmiyyəti üçün vacib sayıla biləcək müddəalara gəldikdə isə, onu qeyd etmək olar ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərinin, o cümlədən ekspert məsləhətlərini vermək və maliyyə yardımını artırmaq, münaqişədən əziyyət çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərini davam etdirilməsinə dəstəkləməyə davam edəcəyi qeyd olunur.

-Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası və sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin edilməsi vacibliyi vurğulanır. Bəyanatın özünün Azərbaycanın öncə Ermənistana verdiyi və cavab gözlədiyi təkliflər paketində əks olunmuş tələblərlə ümumilikdə strateji olaraq üst-üstə düşdüyü aşkar görünür. Bəyanatla burada tanış ola bilərsiniz:

“Prezident Mişel Aİ-nin gərginliyin aradan qaldırılmasında yaxından işləmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazı təşviq etmək üçün Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha vurğuladı.

Liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Prezident Makronla videokonfransdan sonrakı vəziyyəti nəzərdən keçirmişlər. Onlar 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini təkrarladılar. Onlar 2022-ci il martın 30-da Aİ-nin himayəsi altında Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışladılar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların adekvat təqibini təmin etmək üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəldilər.

Prezident Mişel etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün hər iki tərəfin humanitar jestlərinin vacibliyini vurğuladı. O, bütün həll edilməmiş humanitar məsələlərin, o cümlədən qalan saxlanılan şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli həllinin tam və tez həllinin zəruriliyini vurğuladı və Aİ-nin bu səyi dəstəkləməyə hazır olduğunu bildirdi.

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcək, o cümlədən ekspert məsləhətlərini vermək və maliyyə yardımını artırmaq, münaqişədən əziyyət çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərini davam etdirəcək.

Prezident Mişel həm Prezident Əliyevin, həm də Baş Nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılması razılaşdırıldı.

Onların ikitərəfli sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması da razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:

  • Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası
  • Sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.
  • İnsidentlərin qarşısının alınması və gərginliyin azaldılması.

Prezident Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu bir daha təsdiqlədi.

Liderlər həmçinin Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa təşviq edib. Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan İqtisadi Məsləhət Forumundan istifadə etməklə əlaqələrinin inkişafına dəstək verməyə hazırdır”.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s