Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
“Şuşa İli” ilə bağlı qrant müsabiqəsinin
ELANI
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
(bundan sonra “Agentlik” adlanacaq) QHT-ləri “Şuşa İli” ilə bağlı qrant müsabiqəsində iştirak etmək üçün dəvət edir.
Agentlik aşağıda qeyd olunan müsabiqə mövzularını təqdim edir:
- İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması;
- Şuşanın tarixi və mədəni irsinin tədqiqi;
- Şuşanın virtual məkanda təbliği;
- Xarici ölkələrdə “Şuşa İli”nə həsr olunmuş tədbirlərin təşkili;
- “Şuşa İli” çərçivəsində yerli və beynəlxalq əhəmiyyətli elmi, mədəni-kütləvi tədbirlərin
təşkili; - Şuşaya qayıdış prosesinə dəstək təşəbbüsləri (məşğulluğun təmin edilməsinə
dəstək, peşə, təlim kurslarının təşkili, turizm bələdçilərinin hazırlanması və s.); - Şuşada quruculuq işləri ilə bağlı dövlət-özəl və QHT əməkdaşlığının təşviqi;
- Şuşada yay məktəblərinin və düşərgələrin təşkili.
Layihələrin müddəti
• Layihələrin müddəti 5 aya qədər (layihələr 1 dekabr 2022-ci il tarixinə kimi
yekunlaşmalıdır) ola bilər.
Qrantın məbləği
• Bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğ 50 000 (əlli min)
manatdır.
QHT üçün tələblər
• Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
• Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları
(Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
• Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.
Layihələrin qiymətləndirilmə meyarları
Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Agentlik aşağıdakı meyarlardan istifadə edəcək:
• Layihə mövzusunun QHT-nin nizamnamə məqsədlərinə uyğunluğu;
• layihənin ideyasının düzgün əsaslandırılması;
• layihənin məqsəd və vəzifələrinin aydınlığı;
• layihənin mövzusunun aktuallığı;
• layihənin innovativliyi;
• layihənin dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığı;
• layihənin smeta xərcinin layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitə və
icra olunacaq fəaliyyətə uyğun olaraq hazırlanması,
• maliyyə bölgüsünün məntiqli və inandırıcı olması;
• QHT-nin və layihə icraçısının müvafiq layihə mövzusunda uyğun təcrübəsi;
• layihə üzrə risklərin təhlili;
• layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
• layihə nəticələrinin aydınlığı, onların layihənin əsas məqsədinə çatmağa xidmət
etdiklərini göstərməsi;
• layihənin icrası zamanı müvafiq tərəfdaşlarla əməkdaşlıq;
• müsabiqədə iştirak edəcək QHT-lərin 10 iyun 2022-ci ilədək Agentlik qarşısında
öhdəliyi (debitor borc) olmamalıdır;
• Agentliyin elan etdiyi əvvəlki qrant müsabiqələrində müqavilə öhdəliklərinə
məsuliyyətlə əməl olunmalı, şəffaflıq təmin edilməli, təsviri və maliyyə hesabatları
təlimatlara uyğun təqdim olmalıdır.
Ərizələrin təqdim olunması üçün texniki tələblər
• QHT-lər Agentliyin shusha2022@ngoagency.gov.az rəsmi e-poçt ünvanı vasitəsilə
QHT və layihə haqqında məlumatları təqdim edir;
• Şəxsən, poçtla və ya digər e-poçtlara təqdim olunan ərizələr qəbul olunmur.
Müsabiqədə iştirak etmək üçün təqdim olunan məlumatlar
• Ərizə forması (elektron forma elana əlavə olunur),
• Layihə təklifi (elektron forma elana əlavə olunur),
• Fəaliyyət planı(elektron forma elana əlavə olunur),
• Xərclər smetası (elektron forma elana əlavə olunur),
• Dövlət qeydiyyatı haqqında şəhadətnamə,
• Reyestrdən çıxarış,
• Nizamnamə,
• VÖEN,
• QHT rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti,
• QHT rəhbəri və mühasibin CV-si.
Ərizələrin qeydə alınmasından imtina üçün əsas səbəblər
• Tələb olunan sənədlər təqdim edilmədikdə;
• Təqdim olunan sənədlərdə səlahiyyət müddəti bitdikdə;
• Müsabiqəyə təqdim olunan sənədlərdə dəyişiklik və düzəliş edilə bilməz.
Müsabiqənin prosedur qaydaları
Müsabiqə üzrə ərizələrin qəbulu 7 aprel 2022-ci il tarixindən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi aşağıdakı mərhələlərlə aparılır:
• 1-ci mərhələ – Ərizələrin qeydiyyatı və layihə təklifinin qəbulu;
Bu mərhələ 07-27 aprel 2022-ci il saat 18.00-dək müddəti əhatə edir. Bu
mərhələdə elektron ərizə və layihə təklifi qəbul edilir.
• 2-ci mərhələ – Qeydə alınmış layihə təkliflərinin ekspertizası;
Bu dövr 28 aprel-20 may 2022-ci il tarixədək müddəti əhatə edir.
• 3-cü mərhələ- Nəticələrin elan olunması:
25 may 2022-ci il tarixdə elan olunacaq. Müsabiqənin qalibləri haqqında məlumat
Agentliyin e-qrant.az saytında, Agentliyin rəsmi sosial şəbəkə hesablarında
yerləşdirilir.
• 4-cü mərhələ – Qrant müqavilələri 10 iyun 2022-ci il tarixə kimi bağlanılır.
Əlavə məlumatlar
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 11 aprel 2022-ci il saat 15.00-da
ZOOM platformasında keçiriləcək.
Sessiyada iştirak etmək istəyən QHT nümayəndələri üçün ZOOM link:
https://us02web.zoom.us/j/82854164919?pwd=NER1eW1kSUtlU3NtQytzRDJOVHNwdz09
Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Agentliyin Layihələrin idarəedilməsi
departamentinin əməkdaşları Nigar Ağakişiyeva və Fuad Rzazadəyə müraciət etmək olar: nigaraghakishiyeva@ngoagency.gov.az, fuadrzazade@ngoagency.gov.az