Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək

Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər.

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu siyahıya Ukrayna, Rusiya, Belarus, Fransa, Niderland, İsveç, Danimarka, Avstriya, Almaniya, İsveçrə, Monteneqro, Polşa, Rumıniya, Çex Respublikası, Yunanıstan, İtaliya, ABŞ, Böyük Britaniya, İsrail, Kanada, Meksika, Çili, Kosta Rika, Yeni Zelandiya, Yaponiya, Çin Xalq Respublikası, Cənubi Koreya, Nigeriya, Misir, Oman, Türkiyə Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və digər ölkələrdə fəaliyyət göstərən diaspor fəalları daxildir. 

Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s