Bakıda beynəlxalq konfrans keçirilmişdir

25 aprel tarixdə Bakıda “Post münaqişə dövrünün yeni reallıqları-Sülh və Əməkdaşlıq Platforması” mövzusunda beynəlxalq Forum öz işinə başlayıb. Forum Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi tərəfindən və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil edilmişdir. Forumu giriş sözü ilə açan layihənin rəhbəri Vüqar Əhmədov beynəxalq layihənin əhəmiyyəti haqqında məlumat verərək bildirmişdir ki, Forumun məqsədi post-münaqişə dövründə regionda yaranan yeni reallıqla xarici ekspertləri və beyin mərkəzləri nümayəndələrini tanış etməkdir.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktory Aygün Əliyeva layihə ilə bağlı öz fikirlərini bildirərək qeyd etmişdir ki, bu cür layihələrin icrası ölkəmizin maraqlarının müdafiəsi baxımından vacibdir və QHT-lərin beynəlxalq əməkdaşlığına töhfə verir. Aygün Əliyeva konfransın işinə uğurlar arzu etmişdir.

Forum öz işinə plenar sessiyalarla davam etmişdir. Beynəlxalq Forumda Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuaf Çıraqov, Türkiyədən “Haber Türk”-ün yazarı Kürşad Zorlu, Rusiya Milli Elmlər Akademiyasının elmi işçisi Stanislav Pritçin, Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin analitiki Əlişir Abdreşev, Gürcüstan Siyasi İnstitunun analitiki Nino Samxaradze və digərləri müxtəlif mövzular üzrə məruzə ilə çıxış etmişlər. Daha sonra Azərbaycan beyin mərkəzləri nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri və media nümayəndəıərinin iştirakı ilə regionda Azərbaycanın yaratdığı yeni reallıqlar, 3+3 regional əməkdaşlıq platformasının perspektivləri, Rusiyanın Qarabağda sülhməramlı missiyasının fəaliyyəti, Gürcüstanın Ermənistan və Azərbaycan arasında vasitəçilik missiyası və səyləri və digər mövzular müzakirə edilmişdir.

Qeyd edək ki, bu gün beynəlxalq ekspertlər Ağdama yola düşəcəklər və orada olan dağıntı, eyni zamanda quruculuq işləri ilə tanış olacaqlar.

ShushaNews

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s