İlham Əliyev Türkiyə əhalisi arasında böyük nüfuza malikdir

Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın dəvətilə Türkiyəyə səfər edərək Rize-Artvin hava limanının açılışında iştirak etdi.

Liderlər çıxışlarında Azərbaycan-Türkiyə əlaqələrinin yeni mərhələyə girməsi və bundan sonra daha da dərinləşdirilməsinin mesajını beynəlxalq və regional ictimaiyyətin diqqətinə çatdırdı.

Bundan əvvəl Türkiyə Prezidenti İşğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər edib,  Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib, iki ölkə arasında tarixi müttəfiqlik haqqında Şuşa bəyannaməsi imzalanmışdır.

“Azərbaycan-Türkiyə arasında münasibətlərin hüquqi bazasını bir çox sənədlərlə yanaşı əsas etibarilə Müttəfiqlik haqqında Şuşa bəyannaməsi və  “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə təşkil edir”.

Bunu “ShushaNews”a açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

O həmçinin əlavə edib ki, “Burada əsas maraqlı məqamlardan biri də Prezident İlham Əliyevin havalimanının açılışındakı yerli Rizə və Artvin əhalisi qarşısında çox səmimi çıxışı, regionu cənnətə bənzətməsi və eyni zamanda orada iştirak edən yerli əhalinin İlham Əliyevin hər bir mesajını coşqu, hərarət və sevgilə qarşılaması olmuşdur”.

Bu onun göstəricisidir ki, İlham Əliyev həm Azərbaycanda, həm də Türkiyədə əhali arasında çox böyük nüfuza malikdir. 

Ümumilikdə Azərbaycan və Türkiyə münasibətlərinin və bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinin bu səviyəyə gəlib çatmasını Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan arasında  möhkəm dostluq münasibətləri şərtləndirir.

ShushaNews

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s