“Gənc Araşdırmaçılar” Yay Təcrübə Proqramı 2022

Elan! Yay tətilinə çıxan tələbələr üçün!

“Gənc Araşdırmaçılar” Yay Təcrübə Proqramı 2022

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi (bundan sonra – HTA) 2022-ci ildə fəaliyyətinin 10 ili tamam olması münasibətlilə hüquq islahatları, insan haqları və vətəndaş cəmiyyətinin inkişafı üzrə “Gənc araşdırmaçılar” Yay Təcrübə proqramını elan edir. Gənc Araşdırmaçılar Proqramı təcrübə proqramıdır. Bu proqram gənclərə müstəqil və könüllü araşdırmaçı olmaq və bu bilik və bacarıqlarını artırmaq şansını verməklə bərabər yay tətilini səmərəli keçirmək imkanını verir. Proqramda iştirak pulsuzdur və könüllüdür. İştirakçılara hər hansı formada əmək haqqı və ya xidmət haqqı üçün ödəniş verilmir.

Gənc tədqiqatçılar proqram müddətində hüquq, insan haqları, humanitar sahə və vətəndaş cəmiyyətinin inkişafı sahəsində ədəbiyyata baxış keçirmək, tədqiqat metodologiyaları ilə tanış olmaq, praktiki layihələrin icrasında iştirak etmək, qanunların müqayisəli təhlilini aparmaq, sorğu, tədqiqat suallarını necə tərtib etməyi və təşkilini və müsahibələrin hazırlnaması və təşkilində iştirak etmək, və nəticələrini müxtəlif sayt və sosial şəbəkə vasitələrilə bölüşməyı öyrənəcəklər. Təcrübə keçən gənclər mövzu maraqları üzrə milli və beynəlxalq tədbir, təlim və seminarlara canlı və onlayn cəlb ediləcəklər. İştirakçılar Birliyin ofisində təşkil olunacaq “Liderlik” seminarlarına cəlb olunacaqlar. Gənc araşdırmaçılar müstəqil və komanda şəklində necə işləməyi, işlərinə sahiblik əldə etməyi və maraqlarını kəşf etməyi öyrənəcəklər. Proqramın üstünlüyü ondan ibarətdir ki, o, əlaqələr yaradır və gənclər, araşdırmaçılar, QHT-lər arasında qarşılıqlı faydalı öyrənmə təcrübəsini təmin edir. Belə ki, təcrübə keçən şəxslərə maraq sahələri üzrə müxtəlif QHT-lərlə və digər təsisatlarla əlaqə yaratmaq imkanı yaradılacaqdır.

Proqram çərçivəsində gənc araşdırmaçılar 2 ay müddətində Birliyin ofisində (Bakı, Həsən bəy Zərdabi pr. 78b, AHB İş Mərkəzi) öz istəkləri ilə seçdiyi günlər və saatlarda, həmçinin distant olaraq fəaliyyət göstərəcəklər.

Proqramda iştirak üçün kimlər və necə müraciət edə bilər?

  • Proqramda hüquqşünaslıq və digər ixtisaslar üzrə təhsil alan və ya yenicə məzun olan, və ya 18-28 yaş arasında araşdırma və tədqiqatlar aparmaq, tədqiqat layihələrində iştirak etmək marağında olan şəxslər iştirak edə bilər. Proqramda iştirak üçün maksimum 3 nəfər seçiləcəkdir.
  • Proqramda iştirak etmək üçün qısa Motivasiya məktubu (1-2 səhifə) tələb olunur. Bu məktbuda proqramda iştirak niyyəti, təhsili barədə və iş və ya ictimai fəaliyyət/könüllülük təcrübəsi, eləcə də xarici dil bilmə səviyyəsi və əlaqə nömrəsi və emaili göstərilməlidir.

Proqramdakı iştirak etmək üçün gənclərdən İyun aıyının 17-dək huquqitehlil@gmail.com elektron poşt ünvanına Motivasiya məktubunu göndərmək tələb olunur.

Təşkilat haqqında:

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi 2012-ci ilin avqust ayında yaradılmış və 28 sentyabr 2012-ci ildə rəsmi dövlət qeydiyyatından keçmişdir. Birliyin əsas məqsədi hüquq problemlərinin öyrənilməsi, araşdırılması və təhlil vasitəsilə ölkəmizdə hüquq islahatlarının həyata keçirilməsinə töhfə verməkdən ibarətdir.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s