Şuşa şəhərində salınacaq 8 yaşayış binasının inşası üzrə tender yekunlaşdı

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilk yaşayış binalarının inşasını həyata keçirəcək şirkəti müəyyən edib.

(Şuşa, 23 iyun, 2022) – Şuşa şəhərində salınacaq 23 binalı yaşayış massivinin 8 binasının inşası üzrə keçirilən açıq tender müsabiqəsinə yekun vurulmuşdur. 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilmiş və komissiyanın qərarı ilə “CONCO” QSC ilə müqavilə bağlanmışdır.

Şuşa şəhərinin Baş planına əsasən, aparılacaq tikinti işləri üç və beşmərtəbəli binalar olmaqla müasir materialların istifadəsi ilə baş tutacaq və Şuşa şəhərinin iqlim şəraiti nəzərə alınacaqdır. Eyni zamanda, binaların zirzəmisində avtodayanacaq imkanı da olacaqdır.

Yeni yaşayış kompleksinin yerdə qalan 15 binasının inşası üzrə açıq tenderin keçirilməsi yaxın zamanlarda baş tutacaqdır. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təcrübəli tikinti şirkətlərini keçiriləcək növbəti tender müsabiqəsində fəal iştirak etməyə dəvət edir.

Mənbə: Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s