Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Şuşa şəhərinə səfər ediblər VİDEO

Şuşa, 2 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak edən nümayəndə heyətlərinin üzvləri iyulun 2-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. Qonaqları Milli Məclisin spikeri, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər müşayiət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhərinə səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Onlara burada Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qısa müddətdə tikilərək istifadəyə verilmiş Qarabağın “Hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının texniki imkanları barədə məlumat verilib.

Sonra qonaqlar Füzulidən Şuşaya yola düşüblər. Yol boyu onlar Ermənistanın işğalı dövründə dağıdılmış və viran qoyulmuş kəndləri, yaşayış evlərini öz gözləri ilə görüblər. Qonaqlara işğal dövründə Azərbaycanın şəhər və qəsəbələrinin, məktəblərin, mədəniyyət evlərinin və abidələrinin, kitabxanaların işğalçı qüvvələr tərəfindən necə viran edildiyi, xaraba qaldığı barədə məlumat verilib.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Şuşaya səfər zamanı yol boyu işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və abadlıq işlərinin şahidi olublar.

Şuşada parlament nümayəndə heyətlərinə şəhərin Qala divarları, tarixi, işğal dövründəki vəziyyəti və bu gün Şuşada aparılan quruculuq və abadlıq işləri barədə danışıb. Bildirilib ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə bərpa olunur. Qonaqlara şəhərdə bərpa olunmuş tarixi abidələr, tikiləcək yeni binalar barədə ətraflı məlumat verilib.

Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını seyr ediblər, Şəhər Meydanı ətrafında yerləşən Prezidentin Xüsusi Nümayəndəliyinin binasında aparılan bərpa işləri ilə tanış olublar. Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib.

Şuşa şəhərində gəzinti zamanı qonaqlara ermənilərin tarixi və mədəniyyət abidələrimizə vurduqları ziyan barədə də məlumat verilib.

Sonra parlament nümayəndələri Cıdır düzündə olublar. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.

Şuşa şəhərinə səfərdə Özbəkistan, Qırğızıstan, Malayziya, Liviya, Benin, Bəhreyn, Car, Cibuti, Ekvador, Kamboca, Qambiya, Mozambik, Namibiya, Nepal, Uqanda, Venesuela, Yəmən və Suriya parlament nümayəndə heyətlərinin rəhbərləri, onları müşayiət edən şəxslər, habelə İslam Əməkdaşlıq Təşkilatının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Azərtac

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s