Türkiyə səfiri: “Şuşa Bəyannaməsi hər kəs üçün bir tapşırıqdır”

“30 il ərzində azərbaycanlı hərbçilər Türkiyədə təlimlər keçdilər, təhsil aldılar. 30 il ərzində Türkiyə və Azərbaycan güclənib”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan Xarici İşlər Nazirliyi ilə ADA universitetinin birgə həyata keçirdiyi “Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri” mövzusunda “Diplomatiya həftəsi” çərçivəsində “Şuşa Bəyannaməsindən sonra Türkiyə-Azərbaycan müttəfiqlik münasibətləri, yeni regional reallıqlar və Qarabağın yenidən qurulması və inkişafında Türkiyənin rolu” haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, nəticədə Azərbaycan Ordusunu gücləndirərək 44 gün ərzində 30 illik işğalı sona çatdırıb:

“Azərbaycan-Türkiyənin əlaqələri bölgədə digər ölkələrə də örnəkdir. Dostlar, əlinizin altında həmişə Şuşa Bəyannaməsi olsun. Onu sətir-sətir bilməliyik. Şuşa Bəyannaməsi hər kəs üçün bir tapşırıqdır”.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s