Ağalı kəndinə birinci mərhələdə 41 məcburi köçkün ailəsi bu ayın sonunadək köçürüləcək

Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinə birinci mərhələdə 41 məcburi köçkün ailəsinin köçürülməsi bu ayın sonuna qədər həyata keçiriləcək.

APA xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

“Bununla bağlı artıq kifayət qədər böyük tədbirlər görülür. Ayın sonuna qədər artıq məcburi köçkünlər həmin evlərə qayıdacaqlar”, – Prezidentin xüsusi nümayəndəsi bildirib.

Vahid Hacıyevin sözlərinə görə, işğal zamanı xarabalığa çevrilmiş Ağalı kəndi minalardan təmizlənərək yerində yeni, müasir ağıllı konsepsiyaya uyğun kənd salınıb: “Hazırda “yaşıl texnologiya”larla təchiz olunmuş 200 evin inşası başa çatdırılıb. Daha 150 evin, eyni zamanda, ikimərtəbəli mənzil tipli evlərin tikintisi davam etdirilir”.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s