Ağdamda Qarabağ Universiteti

Prezidentin xüsusi nümayəndəsi Qarabağ Universiteti haqqında danışıb

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində yaradılacaq Qarabağ Universiteti haqqında açıqlama verib.

E.Hüseynov “Report”un Ağdama ezam olunmuş əməkdaşına bildirib ki, Ağdam şəhərinin Baş Planında təhsil məhəlləsi üçün yer ayırlıb:

“Cənab Prezident artıq Ağdam şəhər 1 nömrəli məktəbin təməlini qoydu. Eyni zamanda Baş Planda nəzərdə tutulub ki, bölgədə böyük bir Qarabağ Universiteti məhs Ağdam şəhərində yaradılsın. Bununla yanaşı, müxtəlif texniki peşə məktəblərinin və liseylərinin də inşası nəzərdə tutulur. Bütün bunların konsepsiyası hazırda işlənilir və hazır olduqca ictimaiyyətə təqdim olunacaq”

Xatırladaq ki, bir müddət öncə UNEC rektoru Ədalət Muradov tehsil.az saytında Qarabağ Universiteti barədə öz baxışını bölüşmüşdür:

“Qarabağ” Ağdamda qurulacaq yeni universitetin adı olmaqla yanaşı, həm də  güclü bir universitet brendi olacaqdır. Bu brendin özəllilikləri kimi aşağıdakılar ola bilər:


– ”tələbə mərkəzli” universitet;


– öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli;


– fərdı təhsil trayektoriyası əsasında təhsil verən universitet;


– təhsilin əsas keyfiyyət amili  kimi hər bir təhsilalanın “təhsil izi”;


– XXI əsr vərdiş, bacarıq və kompetensiyaların formalaşmasına zəmanət verən adaptiv təhsil modeli;


– distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet;


– dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti;


– rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi;


– xətti-funksional idarəetməni proseslərin idarəedilməsilə əvəzləyən universitet;


– “Smart universitet”;


– ŞƏHİD övladlarının təhsil aldığı universitet. (tehsil.az)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *