Şuşada ilk yaşayış kompleksinin tikintisi üçün tender elan edildi

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşada ilk yaşayış kompleksinin tikintisi üçün tender elan edib.

Demokrat.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə ilk yaşayış kompleksinin tikintisinə başlayır. 

6 blokluq yaşayış kompleksi 24 binadan ibarət olacaqdır və tender ilk iki blokun tikintisini üçün keçirilir. Yaşayış kompleksi şəhərin yuxarı hissində, tanınmış “Realnı” məktəbinin yaxınlığında yerləşən 8 hektarlıq sahədə tikiləcəkdir. 

Açıq tenderdə tikinti işlərini yerinə yetirmək üçün qanunvericiliyə uyğun olaraq lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik bütün şirkətlər qatıla bilər. Tender elanı ilə etender.gov.az portalında tanış olmaq olar. 

Tenderdə iştirak etmək istəyən təşkilatlar şərtlər toplusunu aldıqdan sonra  elanda qeyd olunan ünvana tələb olunan hüquqi sənədlərlə birgə öz təkliflərini ikiqat qapalı zərfdə təqdim edə bilərlər. 

Məlik
Demokrat.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *