Türkiyə Prezidenti Şuşa Bəyannaməsinin təsdiqlənməsi barədə qərarı imzalayıb

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin təsdiq edilməsi ilə bağlı qərarı imzalayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin təsdiq edilməsi ilə bağlı qərarı imzalayıb.

Bu barədə Türkiyənin “Resmi gazete”si məlumat yayıb.

Xatırladaq ki, 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsini ölkələrimiz arasında müttəfiqliyə dair bütün şərtləri özündə ehtiva edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *