Postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir

27 may tarixində Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib ki, “Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük Qayıdış” dediyimiz prosesə start verildi. “Böyük Qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezidentin çıxışında söylədiklərinə “İki Sahil”-ə öz münasibətini bildirərkən, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli aşağıdakıları bildirmişdir ki, “Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını Müstəqillik günü münsaibətgilə təbrik edirəm!. 104 il əvvəl Rusiya imperiyasının çöküşünün məntqiq davamı olaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Lakin, Şərqdə və Müsəlman dünyasında ilk dünyəvi respublika olsaq da, müstəqillik baxımından, 1993-cü ildən etibarən müstəqil dövlət kimi formalaşmağa başlayan ölkəmiz, artıq bu gün heç bir ölkədən asılı olmayan tam müstəqil daxili və xarici siyasət yürüdən bir ölkəyə çevrilmişıdir. Məhz bu cür ölkə, öz ərəzisində Qarabağ problem kimi məsələni illərlə sürən diplomatic səylərin tükəndiyi məqamda həll edərək, işğala mərzu qalmış əraziləri azad edə bilərdi.

Prezident İlham Əliyev cıxışında artıq Böyük Qayıdış prosesinin kiçik addımı olaraq Zəngilandan başlanmasını qeyd etməsi əlamətdar haldır. İndi artıq “Ağıllı kənd”də 200 evdən ibarət gözəl yaşayış məkanı yaradılıb. Təbii ki, bütün bu infrastruktur ona görə yaradılır ki, yaxın gələcəkdə həmin ərazilərə qayıdacaq şəxslərin normal yaşayış şəraiti təmin olunsun. Gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. İnsanların qayıdışı üçün şərait olmalıdır. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, bütün qalan yerlər də bərpa ediləcək.

Mən tam əminliklə bildirə bilərəm ki, Azərbaycan Prezidentinin Azərbaycan maraqlarının təmin olması istiqamətində atdığı addımlar nəticəsində Ermənistan və Azərbaycan arasında yaxın müddət ərzində sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması ilə regionumuzda sülh və sabitliyin, əmin-amanlığın bərqərar olmasına nail olacağıq. Çunki artıq açıq-aydın sezilir ki, Postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir. Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsipin effektiv olaraq həyata keçməsi prosesi gələcəkdə davamlı sülhü şərtləndirəcəkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *