Şuşaya səfər adıyla yüzlərlə alim aldadıldı

Bir qrup alimə Şuşaya səfər təşkil etmək adı altında dələduzluq edildiyi iddia olunur.

O bildirib ki, Şuşa adına çox saxtakarlıqlar olub, ancaq beləsi hələ olmamışdı:

“Demək, Əlvan Cəfərov adlı bir nəfər – “İksad Azərbaycan”ın baş koordinatoru Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alimi Şuşa adıyla aldadıb. Konfransa qatılanların az olduğunu bilərək belə bir çirkin oyun qurulub. Bəlkə də Əlvan Cəfərovluq deyil, ancaq istənilən halda bir çirkin oyun qurulub.

Sabah yola çıxacağımız ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alim bu gün gediblər. Kim seçib, necə seçib, bu, başqa sualdır. Və bu sualların da cavabı aydınlaşacaq. Gedənlərin içində bir ailədən 4 nəfər və alim olmayanlar da var. İndi də yazıb ki, heç kim ödənişini geri istəməsin! Xeyirdimi? Hər adamdan 70 manat almaq və onu qaytarmamaq bu qədər asandırmı? 370 nəfərdən 70 manat alanda 25.900 manat edir”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin faktla bağlı hazırda Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır, zərərçəkənlər idarəyə müraciət edə bilərlər.

Demokrat.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *