QHT-lər üçün təlim keçiriləcək

Sentyabr ayının 8-də Bakıda, New Baku Otelinin (Həsən Əliyev küç. 151) təlim zalında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “Şuşa ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “30 il sonra Qayıdış” – QHT-lərin Qayıdış prosesində rolu istiqamətində biliklərinin artırılması və beynəlxalq təcrübənin təbliği” layihəsi çərçivəsində 1 günlük (09:30 – 16:30) “Qayıdışla bağlı hüquqların təmin olunması və vətəndaş cəmiyyətinin rolu sahəsində beynəlxalq təcrübə” mövzusunda” təlim keçiriləcəkdir.

Təlimin məqsədi Qayıdışa hazırlaşan şəxslərə işləyəcək 20-dək seçilmiş QHT-lərin beynəlxalq təcrübədən yararlanaraq biliklərinin artırılmasıdır. Təlimdə iştirak etmək istəyən şəxslərdən Sentyabr ayının 1-dək bu iştirak ərizəsini doldurmağınız xahış olunur. Hər hansı sualınız olarsa, huquqitehlil@gmail.com emailinə yaza bilərsiniz.

Ərizə formasını BURADA doldura bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *