Qarabağdakı yollara xidmət üçün alınmış maşın və mexanizmlər təqdim edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturuna xidmət göstərilməsi üçün alınmış maşın və mexanizmlərin təqdimatını keçirib.

“Report” xəbər verir ki, təqdimatda yol təsərrüfatının müxtəlif sahələrində – istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan texnikalar, inşa edilən avtomobil yollarının müasir səviyyədə​ və keyfiyyətlə yenidən qurulması üçün Agentliyin maşın-mexanizm parkına yeni gətirilmiş xüsusi təyinatlı avadanlıqlarla təchiz olunmuş​ avtomobillər nümayiş olunub.

Qeyd edilib ki, bu il Agentliyin maşın-mexanizm parkına Türkiyə, Rusiya, Yaponiya, Çin, Çexiya, Almaniya, İsveç və yerli şirkətlərin istehsal etdiyi 40 ​adda 360 yeni texnika və avadanlıq alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu layihələrində istifadə üçün nəzərdə tutulan yeni texnikanın 90 %-i Azərbaycana gətirilib. “Qalan texnika isə yoldadır. Gətirilmiş texnikalar bu gündən dövlət başçısının göstərişi ilə işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən yol təsərrüfatlarına veriləcək”.

Leave a Reply

Your email address will not be published.