“Vətəndaş təhsili üzrə bilik, bacarıq və dəyərlərin təbliğ olunması ilə bağlı beynəlxalq təcrübələr” mövzusunda görüş keçirilib

16 sentyabr 2022-ci il tarixində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-tədris mərkəzində “Vətəndaş təhsili üzrə bilik ,bacarıq və dəyərlərin təbliğ olunması ilə bağlı beynəlxalq təcrübələr” mövzusunda görüş keçirilib.

Görüşün açılışını edən Beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova universitetin uğurları və beynəlxalq əməkdaşlığı barəsində gördüyü işlər, vətəndaş təhsil sahəsində beynəlxalq əməkdaşlıq imkanları barədə öz fikirlərini bildirib.

Daha sonra Təlim-tədris mərkəzinin müdiri p.ü.f.d Xalidə Həmidova qonaqlara universitetdə vətəndaş təhsili sahəsində pedaqoqlarla işin təşkili barədə ,son günlər ölkəmizə qarşı törədilən təxribat barəsində qonaqlara məlumat verib.

Yaşlıların təhsili assosiasiyasının sədri Azər Ramazanov pedaqoqların vətəndaş təhsili istiqamətində bilik və bacarıqlarının artırılması üsulları barədə öz fikirlərini bildirib. Görüşdə Hüquqi Təhlil və Araşdırmalar birliyinin sədri Ramil İskəndərli iştirak etmişdir. O,QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən Vətəndaş cəmiyyətinin qayıdış prossesində rolu ilə bağlı layihəsi çərçivəsində aparılan maarifləndirmə tədbirləri barədə məlumat verib.

Görüşün moderatoru Şərqi Avropa Vətəndaş Təhsili Assosiasiyasının İdarə Heyətinin üzvü, ATƏT DTİHB və Avropa Şurasının təlimçisi Olqa Melnikdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *