“Hətta müharibədən sonra da basdırılmış minalar aşkar edilmişdir” – Ramil İskəndərli

Bu sözləri “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli Polşanın paytaxtı Varşavada keçirilən ATƏT-in İnsan Hüquqları və Demokratiya Bürosunun təşkil etdiyi “İnsan Ölçüsü Konfrans”ının Plenar iclasında söyləmişdir.

Tədbirdə müstəqil QHT təmsilçisi qismində iştirak edən Ramil İskəndərli çıxışında eyni zamanda Ermənistan ordusu tərəfindən basdırılmış minaların məcburi köçkünlərin geri qayıdışına təsir etməsi barədə fikir bildirmişdir. O qeyd etmişdir ki, hətta müharibədən sonra da Laçın rayonunda piyada əleyhinə basdırılmış minalar aşkar edilmişdir. İngilis dilində səsləndirilmiş çıxışının videosuna aşağıda izləyə bilərsiniz:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *