Bakıda “30 il sonra Qayıdış” – QHT-lərin qayıdış prosesində rolu mövzusunda beynəlxalq konfrans keçirilmişdir

28 Oktyabr tarixində Bakı şəhərində, “İrşad” otelində “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “Şuşa ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  icra olunan “30 il sonra Qayıdış” – QHT-lərin Qayıdış prosesində rolu istiqamətində bacarıqlarının artırılması və beynəlxalq təcrübənin təbliği” layihəsinin tərkib hissəsi olaraq, “Qayıdışla prosesində QHT-lərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransın  keçirilməsində məqsəd dövlət strukturları, beynəlxalq təşkilatlar və gələcəkdə qayıdış prosesində əhali ilə işləyəcək milli QHT-lərin nümayəndələri arasında qayıdış prosesi, köçürülmə və məskunlaşma ilə bağlı fikir mübadiləsinin aparılması  və tövsiyələrin müzakirəsi olmuşdur.

Tədbirdə, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı, BMT QAK-ın Azərbaycan üzrə Nümayəndəsi Guido Ambrozo, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Vladimir Gyorgiyev, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İsrail İskəndərov və Zaur Məmmədov, əməkdaşı Günay Vəliyeva, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə attaşesi xanım Abbi Mozervel, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin siyasi məsələlər üzrə məsul şəxs, Müşavir Çrtomir-Peter Fişinger, Macarıstandan dəvət olunmuş ekspert, Soyqırım və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Beynəlxalq Fondun İdarə Heyətinin sədri György Tatar, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli və milli QHT nümayəndələri, layihə ekspertləri Ağamirzə Bağırov, Fariz Əkbərov və gənclərlə iş üzrə mütəxəssis, BMT konsultantı Nik Nvolisa dövlət orqanlarının, beynəlxalq təşkilatların və milli QHT-lərin qayıdış və məskunlaşma prosesi zamanı köçürülən şəxslərin sosial təminatı, hərəkətlə bağlı hüquqları, reinteqrasiya ilə bağlı hüquqlar, xüsusi ehtyacların təmin edilməsində rolunu qeyd etmiş və təkliflərini bildirmişlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *