Soyqırım və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Beynəlxalq Fondun İdarə Heyətinin sədri Györgi Tatar Şuşaya səfər etmişdir

29 oktyabr tarixində Soyqırım və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Beynəlxalq Fondun İdarə Heyətinin sədri Györgi Tatar 30-dək qeyri-hökümət təşkilatları, media, akademik institutlar, beynəlxalq təşkilatların nümayəndələri və hüquqşünaslarla birgə Şuşaya səfər etmişdir.

Bu səfər 28 Oktyabr tarixində Bakı şəhərində, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “Şuşa ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  icra olunan “30 il sonra Qayıdış” – QHT-lərin Qayıdış prosesində rolu istiqamətində bacarıqlarının artırılması və beynəlxalq təcrübənin təbliği” layihəsinin tərkib hissəsi olaraq, “Qayıdış prosesində QHT-lərin rolu” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində həyata keçirilmişdir. Konfransın keçirilməsində məqsəd dövlət strukturları, beynəlxalq təşkilatlar və gələcəkdə qayıdış prosesində əhali ilə işləyəcək milli QHT-lərin nümayəndələri arasında qayıdış prosesi, köçürülmə və məskunlaşma ilə bağlı fikir mübadiləsinin aparılması  və tövsiyələrin müzakirəsi olmuşdur.

Şuşaya səfər zamanı cənab Györgi Tatar ermənilərin Şuşa şəhərində Azərbaycanın tarixi və mədəni irsinin məhvinə yönəlik cinayətlərinin nəticələri olan tarixi abidələrin və mülki infrastruktur dağıntıları ilə tanış olmuşdur. Səfər iştirakçıları eyni zamanda Şuşada aparılan bərpa və quruculuq işləri ilə tanış olmuşlar.

Qeyd edək ki, Şuşa səfərindən bir gün əvvəl, Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı, BMT QAK-ın Azərbaycan üzrə Nümayəndəsi Guido Ambrozo, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Vladimir Gyorgiyev, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Abbi Motherwell, Soyqırım və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Beynəlxalq Fondun İdarə Heyətinin sədri György Tatar və Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli və milli QHT nümayəndələri, Bakı Dövlət Universitetinin kafedra müdiri Üzeyir Şəfiyev, layihə ekspertləri Ağamirzə Bağırov, Fariz Əkbərov və gənclərlə iş üzrə mütəxəssis, BMT konsultantı Nik Nvolisa dövlət orqanlarının, beynəlxalq təşkilatların və milli QHT-lərin qayıdış və məskunlaşma prosesi zamanı köşürülən şəxslərin sosial təminatı, hərəkətlə bağlı hüquqları, reinteqrasiya ilə bağlı hüquqlar, xüsusi ehtyacların təmin edilməsində rolunu qeyd etmiş və təkliflərini bildirmişlər.

ShushaNews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *