La Stampa: “Azərbaycan öz qanuni sərhədlərini geri alır: Rusiyanın müdaxiləsi vəziyyəti daha da pisləşdirir”.

İtaliyalı professor: “Qərb bilməlidir ki, “Donbas respublikası” olmadığı kimi, “Arsax” da yoxdur”

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində narahatedici hadisələr baş verir. ABŞ Konqresinin sanksiya tətbiq etdiyi rus-erməni milyonçu Ruben Vardanyanın beynəlxalq sanksiyalardan qaçıb Qarabağa gəlməsi və buradakı təbii ehtiyatların erməni qüvvələri tərəfindən qanunsuz ələ keçirilməsi kimi. Azərbaycan ekofəallarının etirazlarının kökündə məhz bu mürəkkəb nüanslarla dolu proses dayanır.

Turkustan.az xəbər verir ki, bu fikirlər Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçellinin İtaliyanın nüfuzlu “La Stampa” qəzetində dərc olunan məqaləsində yer alıb.

“Azərbaycan öz qanuni sərhədlərini geri alır: Rusiyanın müdaxiləsi vəziyyəti daha da pisləşdirir” adlı məqalədə müəllif bildirir ki, BMT Təhlükəsizlik Şurasının dekabrın 20-də Laçın yolunda vəziyyətlə bağlı müzakirələri zamanı Azərbaycan nümayəndəsi Ermənistanın hansı qanunsuz hərəkətlərinin azərbaycanlıların aksiyalarına səbəb olduğunu yaxşı izah edib, mineral ehtiyatların qanunsuz istismarından tutmuş, Azərbaycan ərazisinə çoxlu sayda piyada əleyhinə minalar yerləşdirilməsinin davam etdirilməsi kimi:

“Həmçinin mülki istifadə üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneənin olmaması, Azərbaycanın hər cür iradəsinin olması və bu məsələdə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə daimi əməkdaşlıq etdiyi bildirilib”.
Professor xatırladır ki, Qərbdə çox ölkə Ukrayna tərəfdarıdır, Rusiyanın təcavüzünə qarşıdır və Ukrayna dövlətinin ərazi bütövlüyünü qoruyur:

“Bu səbəbdən Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti rəsmi Kiyevə silah göndərməyə, Moskvanı ciddi sanksiyalara məruz qoymağa çalışır. Bu qətiyyətli və bütün Qərbdə geniş yayılan mövqenin niyə Ermənistanın Azərbaycan ərazilərinə təcavüzünə şamil edilməməsi aydın deyil. Axı, “Donbas respublikası” olmadığı kimi, “Arsax respublikası” da yoxdur.

“Donbas respublikası” ən azı Rusiya tərəfindən tanınıb, “Artsax respublikası” isə hətta Ermənistan tərəfindən də tanınmayıb! Əgər bir prinsip tətbiq olunursa, yəni dövlətlərin ərazi bütövlüyünün qorunması, bu, hamıya şamil edilir. A və ya B seriyalı hücumlar olmamalıdır. Əks halda bu, ikili standartdır”.

Daniel Pommier vurğulayır ki, son günlərdə Laçın yolunda baş verənlərin kökündə məhz ermənilər arasında sülh müqaviləsinə qarşı çıxan və qərbdən daha çox rəsmi Moskva ilə bağlı qüvvələrin gərginliyi artırması dayanır:
“Bunun əvəzində isə rəsmi Bakı nəyin bahasına olursa-olsun regionun gələcəyinin təməl daşı sayılacaq sülh müqaviləsini imzalamaq istəyir”.

Mənbə: Turkustan.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *