ABŞ-ın Nyu York Universitetinin rəsmi saytında QHT sədri Ramil İskəndərlinin tədqiqat sənədi yerləşdirilmişdir

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyindən verilən xəbərə əsasən, bu günlərdə ABŞ-ın Nyu York Universitetinin Hauser Qlobal Huquq Məktəbinin GLOBALEX proqramı çərçivəsində  “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyin sədri Ramil İskəndərlinin müəllifi olduğu, “Azərbayacan hüquq sistemi bələdçisi” adlı tədqiqat sənədi universitetin saytında yerləşdirilmişdir.

Ramil İskəndərlinin sözlərinə görə, bu araşdırma sənədi 2009-cu ildən Universitetin saytında əsasən dünya hüquq sistemləri tədqiqatçıları arasında populyar olan GLOBALEX proqramı tərəfindən yerləşdirilir və 3-5 ildən bir yenilənir. Bu tədqiqatlar əsasən özündə müxtəlif ölkələrdə mövcud olan hakimiyyətlər bölgüsü, hüquq və inzibati idarəetmə sistemi, hüquq üzrə təhsil müəssisələri, hüquq nəşrləri və internet informasiya resurları və s. məlumatları özündə ehtiva edir.

“Azərbaycan hüquq sistemi bələdçisi” tədqiqatı Ramil İskəndərli tərəfindən 2022-ci ilin ortalarında bir daha yenilənmiş və ilin sonunda təsdiqlənərək saytda yerləşdirilmişdir.

Yenilənmiş sənəddə Azərbaycanın “Qarabağ ərazisində Yeni İdarəetmə Sistemi” adlı 5.1 saylı bölmə əlavə edilmişdir. Bu əlavədə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəlik İnstitutları barədə, Qurumlararası Əlaqələndirmə Mərkəzi, Qarabağ Dirçəliş Fondu, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi barədə, həmçinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaranması və işğaldan azad edilmiş ərazilərlə bağlı fəaliyyəti barədə məlumat qeyd olunmuşdur.

GlobaLex beynəlxalq və xarici hüquq tədqiqatlarına həsr olunmuş elektron hüquqi nəşrdir. Nyu York Universitetinin Hauser Qlobal Hüquq Məktəbi Proqramı tərəfindən dərc edilmişdir. GlobaLex getdikcə qloballaşan təhsil və praktiki hüquq dünyasının ehtiyaclarını ödəmək üçün yüksək səviyyəli beynəlxalq, xarici və müqayisəli hüquq tədqiqat alətlərinin yayılmasını təşviq  edir. GlobaLex tərəfindən dərc edilən məlumat və məqalələr həm xarici, beynəlxalq və müqayisəli hüquq tədqiqatları sahəsində fəal olan dünyada hüquq akademikləri, praktikantları və digər mütəxəssislər tərəfindən istifadə olunan tədqiqat və tədris resurslarını təmsil edir.

Bələdçi sənədlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.nyulawglobal.org/globalex/Azerbaijan1.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *