“Worldchefs” prezidenti kreativ reseptlə Şuşaya həsr olunmuş “Şuşalı” yeməyini hazırlayıb

Yanvarın 18-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler Şuşa şəhərinə səfər edib.

Səfərin təşkilinin məqsədi qonağı Şuşa şəhərinin tarixi məkanları, əsrarəngiz təbiəti, eləcə də Qarabağın mətbəx nümunələri ilə yaxından tanış etməkdir.

Səfər çərçivəsində Tomas Quqler Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktorunun müavini, icraçı direktorun səlahiyyətlərini müvəqqəti icra edən Tural Novruzovla görüşüb.

Görüşdə dünya şöhrətli qonağa Şuşa şəhəri, onun tarixi-mədəni irsi haqqında məlumat verildi. Bildirildi ki, çox qədim tarixə malik olan abidələrin, tikililərin çox böyük hissəsi ermənilər tərəfindən vandalizmə məruz qalaraq dağıdılıb. Tural Novruzov hal-hazırda Şuşa şəhərində çox böyük quruculuq işlərinin aparıldığını, abidələrin bərpa olunduğunu, turizm potensialının genişləndirilməsi üçün xüsusi işlərin həyata keçirildiyini, şuşalıların yenidən öz evlərinə qayıtmaları üçün tikinti işlərinin getdiyini diqqətə çatdırdı.

Tomas Quqler Şuşaya ilk gəlişindən məmnun olduğunu bildirərək, səhər oyanıb eyvandan baxması ilə Şuşanın cazibəsinin onu heyran etdiyini vurğuladı. O qeyd etdi ki, Şuşa çox dəyərli tarixə malik bir şəhərdir və bu dəyərli tarixi mütləq gələcək nəsillərə ötürmək lazımdır.

Mənbə: Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

İnstagram hesabı: https://instagram.com/shusha.city.az?igshid=Yzg5MTU1MDY=

Leave a Reply

Your email address will not be published. Required fields are marked *