Böyük Qayıdış proqramı çərçivəsində Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb

“Böyük Qayıdış” ın növbəti mərhələsi üzrə Tərtərin Talış kəndinə köçürülmə prosesi başlayıb.

Kəndə ilkin mərhələdə 90 nəfərdən ibarət 20 ailə köçürülür. Bakı, Samux və Tərtərdə məskunlaşmış ailələrin köçkünlük həyatına birdəfəlik son qoyulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

APA xəbər verir ki, dövlət başçısı Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində orta məktəb binasında yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlət başçısı, birinci xanım və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə də tanış olublar.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gəlib, burada kəndin Baş planı ilə tanış olub, inzibati binada, uşaq bağçasında, tam orta məktəbdə yaradılan şəraitə baxıblar.

Sonra dövlət başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

??????????????????????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *