“Azərbaycanın hər bir qarışında səsvermə hüququnun  həyata keçirilməsi təmin olunacaq” – Ramil İskəndərli 

44 günlük Vətən müharibəsi və xüsusilə də 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərinin  nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin  rəhbərliyi ilə  ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Bu, suverenliyimizin bərpasını biz artıq vətəndaşların səs vermək hüququ  prizmasından da yanaşaraq qeyd edə bilərik ki, ərazilərimiz üzərində bütövlüyümüzün və suverenliyimizin bərpası vətəndaşların Azərbaycanın hər bir qarışında artıq  səsvermə hüququnun  həyata keçirilməsini təmin edəcək.  Bu seçkini Zəfər seçkisi adlandıra bilərik . Çünki bu regionda yaranmış yeni reallıqlar çərçivəsində keçirilmiş seçkidir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

Onun sözlərinə görə azad olunmuş ərazilərdə yaradılacaq  seçki məntəqələrində artıq öz doğma torpaqlarına qayıtmış əhali səsvermə hüququnu reallaşdıracaq. Bu, ölkəmizin ərazi bütövlüyünün, bütün ərazilərmizdə suverenliyimizin tam bərpası ilə yanaşı  vətəndaşların səsvermə hüquqlarının bərpasının təmin edilməsi deməkdir.

Vacib məqam odur ki, növbədənkənar seçkilər məhz siyasi partiyaların üzvlərinin reyestrinin dövlət qeydiyyatına alınmasından sonra təyin olundu. Deməli, heç bir siyasi partiya seçkilərdə hər hansı bir hüquqi və ya praktiki maneə ilə üzləşəcəyini deyə bilməz. Yəni, seçkidə iştirak etmək hüququ təmin olunur və partiyalar artıq öz qüvvələrini seçkidə nümayiş etdirməli olacaqlar. O şəxslər və ya partiyalar ki, öz güclərinə əmin deyillər, əlbəttə ki, müəyyən manipulyasiyalarla məşğul olurlar. Onlar növbədənkənar prezident seçkiləri ilə bağlı qərəz nümayiş etdirirlər. Bərabər şərait yaradılır və əslində bütün partiyalar seçkidə iştirakdan məmnun olmalıdırlar.

Yaqut Ağaşahqızı, “İki sahil”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *