“Qarabağ Bəyannaməsi” həm tarixi, həm də geosiyasi baxımdan əhəmiyyətli bir sənəddir – Ramil İskəndərli

Bildiyimiz kimi, iyulun 6-da Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” imzalanmışdır.

Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərlinin sözlərinə görə, “Qarabağ Bəyannaməsi” həm tarixi, həm də geosiyasi baxımından əhəmiyyətli bir sənəddir.  Bəyanamə, müdafiə sənayesi əməkdaşlığının əhəmiyyətini vurğulayır, regionda geostrateji məsələləri əhatə edən təhlükəsizlik və sabitliyin gücləndirməsinə nail olmağa imkan verən bir sənəddir.

Sənədin tarixi əhəmiyyətindən danışarkən, Ramil İskəndərli bildirir ki, məkan olaraq Azərbaycanın Qarabağ bölgəsində dərin mədəni və tarixi əhəmiyyəti olan Şuşa şəhərinin seçilməsi, Azərbaycan üçün ərazi bütövlüyünün və milli suverenliyinin əhəmiyyətini bir daha təsdiq edir.

Şuşanın işğaldan azad olunması və bərpa olunması Azərbaycan və onun müttəfiqləri üçün tarixi dəyər daşıyır. Bu bəyannamə, Türk dövlətləri arasında uzunmüddətli mədəni, tarixi və etnik əlaqələri vurğulayır, birlik və əməkdaşlıq hissini gücləndirir. Bu davamlılıq, millətlər arasında birlik və əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır.

AMQF sədri bəyanatın regional əməkdaşlıq və inteqrasiya baxımından əhəmiyyəti barədə qeyd edir ki, bu bəyannamə, siyasi, iqtisadi, nəqliyyat, müdafiə, humanitar, təhsil və mədəni sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayır. Bu, Türk dövlətləri arasında birgə inkişaf və strateji tərəfdaşlıq üçün əhəmiyyətlidir. Nəqliyyat infrastrukturuna xüsusi önəm verən bu sənəd, Baku-Tbilisi-Qars dəmir yolu xətti və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi kimi layihələr, möhkəm transregion koridorlar yaratmağın strateji əhəmiyyətini əks etdirir. Bu layihələr ticarəti, iqtisadi inkişafı və regional inteqrasiyanı artırmağa dəlalət edəcək.

Ramil İskəndərlinin fikrincə Qarabağ Bəyannaməsinin iqlim dəyişmələri ilə bağlı tədbirləri, davamlı İnkişaf, rəqəmsal texnologiya sahəsində əməkdaşlığı, “Rəqəmsal İpək Yolu” layihəsi kimi təşəbbüsü və rəqəmsal hökumət infrastrukturunun inkişafını, rəqəmsal təhlükəsizlik tədbirlərinin gücləndirilməsini əhatə etməsi sübut edir ki, bu sənəıd heç də ümumi və deklarativ xarakterli yox, konkret nəticələrə əsaslanmış, praktiki əhəmiyyət daşıyan bir sənəddir.

Son olaraq təşkilat rəhbəri Qarabağ Bəyannaməsini, Türk dövlətləri arasında əməkdaşlığı gücləndirməyə müsbət və çox tərəfli bir yanaşma təqdim edən bir sənəd kimi səciyyələndirir. Bu, iqtisadi inkişaf, regional əlaqələr, iqlim tədbirləri, texnologiyalar və müdafiə sahəsində əməkdaşlıq kimi əsas sahələri əhatə edir və eyni zamanda üzv ölkələr arasında olan mədəni və tarixi bağları bir daha təsdiq edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *