ShushaNews haqqında

Sayt “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, Ramil İskəndərlinin şəxsi təşəbbüsü ilə 2020-ci ilin Noyabr ayında yaradılmışdır. 2022-ci ilin avqust ayından etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə fəaliyyət göstərir və saytda əks olunan məlumatlar Agentliyin rəsmi mövqeyini əks etdirmir. Bu sayt hüquqi şəxs deyil, kommersiya xarakteri daşımır, rəsmi media qurumu deyil və əsas məqsədi Vətən müharibəsi nəticəsində ölkəmizin işğalçı Ermənistan Respublikası üzərində şanlı qələbəsindən sonra Azərbaycanın Qarabağ və Zəngəzur iqtisadi bölgəsində həyata keçirilən bərpa işləri, yenidənqurma və qayıdış prosesi barədə, eləcədə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin inkişafı ilə bağlı məlumatların izləyicilərin nəzərinə çatdırılmasıdır.