Şuşa şəhərində növbəti yaşayış binalarının inşasına dair açıq tender elan olunub

Şuşa, 4 iyul, AZƏRTAC

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə salınacaq 23 binalı yaşayış massivinin qalan 15 binasının inşası üzrə açıq tender elan edib.

İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur. Üç və beşmərtəbəli olmaqla, 15 binanın şəhərin Baş planına uyğun olması və avtodayanacaqla təmin edilməsi nəzərdə tutulur.

Şirkətlər avqustun 9-dək hüquqi sənədləri, avqustun 18-dək isə təklif və təklifin təminatı sənədlərini Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.

Xatırladaq ki, iyunun 23-də Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunub.

AZƏRTAC

Leave a Reply

Your email address will not be published. Required fields are marked *