“Qayıdış prosesində QHT-lərin rolu” mövzusunda növbəti təlim keçirildi
13 Oktyabr tarixində Gəncə şəhərində, Gənclər Evində “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “Şuşa ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “30 il sonra Qayıdış” – QHT-lərin Qayıdış prosesində rolu istiqamətində bacarıqlarının artırılması və beynəlxalq təcrübənin təbliği” layihəsinin tərkib hissəsi olaraq, “Qayıdışla prosesində vətəndaş cəmiyyətinin rolu və beynəlxalq təcrübə” mövzusunda” təlim keçirilmişdir. Təlimin keçirilməsində məqsəd gələcəkdə qayıdış prosesində əhali ilə işləyəcək QHT-lərin nümayəndələrinin qayıdış prosesi, köçürülmə və məskunlaşma ilə bağlı bilik və bacarıqlarının artırılması olmuşdur.
Tədbirin açılış hissəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təsisatının Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli çıxış etmişlər. Gəncəyə raket hücumlarının ildönümü barədə məlumat verilmiş və 44 günlük Qarabağ müharibəsində şəhid olmuş şəxslərin xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Layihənin təlimçisi Ağamirzə Bağırov, hüquqşünası Fariz Əkbərov və layihə rəhbəri Ramil İskəndərli QHT-lərin biliklərinin artırılması məqsədilə qayıdış və məskunlaşma prosesi, hüquqi aspektlər, reinteqrasiya və xüsusi ehtyacların təmin edilməsi, QHT-lərin qayıdış və məskunlaşma zamanı iştirakçılığı, icma əsaslı hüquqlar, gənclərlə iş, eləcə də müharibədən zərər çəkmiş ailələrlə iş sahəsində və digər mövzular tədris edilmişdir. Tədbirdə təlim iştirakçılarının mövzular üzrə sualları ətrafında interaktiv şəkildə diskussiyalar keçirilmişdir.