Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev ekoaksiya mövzusuna toxunub – “Çıxışa doğru”da MÜZAKİRƏ
“Ötən il dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq. Hazırkı vəziyyəti başa düşmək vacibdir. Həmçinin hazırkı vəziyyəti düzgün dəyərləndirmək üçün biz bir qədər tarixə nəzər salmalıyıq. Demək olar ki, 30 il ərzində bizim torpaqlarımız Ermənistanın işğalı altında olub.”
1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində “Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev ekoaksiya mövzusuna toxunub” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Üzeyir Şəfiyev – politoloq, Müşfiq Ələsgərli – Jurnalistlərin Həmkarlar Təşkilatının sədri, Şakir Ağayev – “Novoye Vremya” qəzetinin baş redaktoru, əməkdar jurnalist, Əfsələddin Ağalarov – “azxeber.com” saytının əməkdaşı və Ramil İskəndərli – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: