“Azərbaycan Qoşulmama Hərəkatının institusionallaşmasında əsas lider rolunu oynayır” – Ramil Iskəndərli

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib.  SİA mövzu ilə bağlı QHT rəsmiləri arasında sorğu keçirib.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli: “Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən nüfuzlu təsisatı hesab olunur. Burada 120 ölkə birləşir. Bu Hərəkatda həm böyük, həm də kiçik ölkələr təmsil olunur. Azərbaycan Qoşulmama Hərəkatı vasitəsilə beynəlxalq münasibətlər sistemində sıradan iştirakçı dövlət kimi deyil, həmçinin beynəlxalq proseslərdə qərarverici ölkələrdən birinə çevrilir. Bunun bariz nümunəsi pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək, vaksinlərin qeyri-bərabər paylanmasının qınanılması təşəbbüsü ilə çıxış edən, Qoşulmama Hərəkatı vasitəsilə, Azərbaycan olmuşdur.

Azərbaycan Qoşulmama Hərəkatının institusionallaşmasında əsas lider rolunu oynayır. Belə ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradıldığı faktının çox əhəmiyyətlı addım olduğunu vurğulamaq lazımdır.

Azərbaycanın eyni zamanda özünün milli maraqlarının müdafiə olunmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasında Qoşulmama Hərəkatının rolu çox vacibdir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində hər dəfə olduğu kimi, bu dəfə də Azərbaycanı narahat edən məsələləri beynəlxalq gündəmə çıxardı. Konkret olaraq, üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Prezidentin bu məsələnin qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifinin də yaxınlarda reallaşacağı ilə Azərbaycanın mina probleminin beynəlxalq gündəmdə olacağı ehtimalı realdır.

Milli maraqlarımızın bu beynəlxalq paltforma vasitəsilə müdafiəsinın effektivliyi eyni zamanda Qoşulmama Hərəkatının üzv ölkələrinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi ilə, eləcə də 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməsi ilə özünü bariz şəkildə göstərdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu dəstəyə görə Qoşulmama Hərəkatı üzvlərinə öz təşəkkürünü bildirdi.

Həmsöhbətimiz vurğulayıb ki, “ümumiyyətlə, Azərbaycan hal-hazırda zəngin dövlətçilik tarixinin ən güclü dövrünü yaşamaqdadır. Qarşıda duran perspektivlər imkan verir söyləyək ki, Azərbaycan regional və beynəlxalq əməkdaşlıq sayəsində daha da qüdrətli dövlətə çevriləcək”.

Mənbə:  SİA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *