QHT sədri Vüqar Əhmədov BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində çıxış etmişdir.

BMT-nin İnsan Hüquqları Şurasının 52-ci Sessiyasında çıxış edən Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” panelində keçirilən müzakirələrdə Azərbaycan ərazisində Ermənistan işğalının yaratdığı humanitar problemlər, xüsusən uşaqların təhsilə çıxışında yaranan problemləri qaldırıb.

Vüqar Əhmədov qeyd edib ki, Ermənistan işğalı nəticəsində hələ də keçmiş təmas xəttində dağılmış məktəblər və təhsil müəssisələri mövcuddur və bu uşaqların normal şəraitdə təhsil almasına mane olur.

Eyni zamanda bu ərazidə uşaqların üzləşə biləcəyi mina problemi və digər maneələrin təhsildə uşaqlar üçün əsas mane olduğu vurğulandı. Münaqişənin bitməsinə baxmayaraq Ermənistan silahlı qüvvələrinin vaxtaşırı atəşkəsi pozması keçmiş təmas xəttində yaşayan mülki əhali, xüsusən uşaqların həyatı və normal təhsil almasına təhlükə yaratdığı xüsusi qeyd olundu.

Məhz bu işğal nəticəsində hələ də yüzlərlə qəzalı vəziyyətdə olan təhsil müəssisələri movcuddur. BMT-nin katibliyinə dünyadakı digər münaqişə ocaqları kimi bu məsələni də gündəmdə saxlamağa və bununla bağlı hesabat hazırlamaq üçün çağırış edildi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *