QHT Azərbaycanda Yuvenal Ədliyyə sistemi ilə bağlı İllik Hesabat hazırlayacaq

Cari ilin Aprel ayından etibarən Avropa Ittifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi” layihəsi üzrə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “Azərbaycanda Yuvenal Ədliyyə sistemi ilə bağllı İllik Hesabat” layihəsi həyata keçirilməkdədir.

Layihənin əsas məqsədi Azərbaycanda yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə çıxışın təmin edilməsinin inkişafına töhfə verməkdən ibarətdir. Layihənin məqsədinə çatmaq üçün Azərbaycanda yuvenal ədliyyə sahəsində çalışan dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin beynəlxalq standartlar və yanaşmalarla bağlı bilik və bacarıqlarının artırılması, cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə yönəlmiş Kyoto Bəyannaməsi və Yuvenal Ədliyyə sisteminin həyata keçirilməsi ilə bağlı BMT-nin Pekin qaydaları əsasında beynəlxalq və milli qanunverilik və praktikanın müqayisəli təhlili, ədliyyə və hüquq-mühafizə orqanlarında uşaq yönümlü mexanizmlərlə tanışlıq, yuvenal ədliyyə sistemində qurumlararası və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın gücləndirilməsi sahəsində ictimai “dəyirmi masa” müzakirələr və təkliflərin hazırlanması üzrə fəaliyyətlər həyata keçiriləcəkdir. Cari ilin sonunda, layihənin yekunu olaraq, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “Azərbaycanda Yuvenal Ədliyyə sistemi ilə bağlı İllik Hesabat” hazırlanacaqdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *